пятница, 25 ноября 2011 г.

Zorla həbsxanadan qəbr evinə yola salınan yazarın qətli barədə bir neçə kəlmə...


    Çoxdandır bloquma  cızma-qara yazmırdım.
Lakin  bizim  bu “gen cəmiyyətimiz”də baş verən son  dəhşətli olay yenidən  bloquma yazı yazmağa vadar elədi.
  Demək belə çox qısa yazacam.
Noyabrın 19-da  daha bir  sui-qəsd baş verdi. Publisist yazar Rafiq Tağı bıçaqlandı .Noyabrın 23-də qəfl vəziyyəti  pisləşdi və rəhmətə getdi.
   Amma bu azmış kimi hamının yaxşı tanıdığı sosial şəbəkədə  R.Tağının cənazəsi  nece deyerler yerden götürlməmiş  islamçılarla  atesistlər arasında qızğın mübahisə getdi.
 Bir şeyi anlaya bilmirəm  niye soyuq başla fikirləşmirsiz?Axı publisist yazara sui-qəsd olub,o artıq yoxdur onu öldürüblər!
    Daha çox bu işin arxasında kimlərin dayandığını araşdırmaq əvəzinə boş -boş polimika açırlar
 Ən acınacaqlısı odur ki, yazarın ölümündə hakimiyyət məsuliyyət daşıyır.
    Rəsmilər isə elə bil qış yuxusundadır.Axı ölkə əldən gedir!!!
Yazıq Rafiq Tağı bu millətin nümayəndələrini   düşündürməyə vadar edən   məqalələr   yazırdı,tənqid edirdi amma təhqir yox!Bu kişi nə düşünürdü  elə onun da yazırdı.Hakimiyyət isə buna xüsusi qısqanclıqla yanaşırdı.Sonda nə oldu?Hakimiyyət öz  ucuz arzusuna çatdı!Həbsxanadan qəbr evinə yol saldı özü də  təmtəraqla yox  saymazcasına!Zorla!Göresen ne olacaq bu ölkenin axırı?neçə sui-qəsdlərin,neçə ziyalının  diri iken ölüme mehkum ediləcəyini ,neçə  jurnalistin  həbsini görəcik???
Günahı başqa dövlətdə yox başqa şəxslərdə yox günahı özümüzdə axtaraq!Hakimiyyətin səriştəsiz idarəçiliyində axtaraq!!!
Sonda  bu cızma-qara yazımı Cabir Novruzun  şerindən olan bir parça ilə bitirirəm.
   Bir arzum var, ay adamlar, qoyun deyim, 
Sağlığında qiymət verin insanlara, 
Yaxşılara sağlığında yaxşı deyin, 
Sağlığında yaman deyin yamanlara. 
Yalnız, yalnız sağ olanda!

вторник, 18 октября 2011 г.

Müstəqil Azərbaycan dövləti yaşayır?


                                              

    20 il bundan əvvəl 18 oktybr- payız günü uzun-uzadı  müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Beləliklə Azərbaycanın ən yeni tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Ona görə də təsadüfi deyildi ki, "Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq qalır.
Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Lakin bu ölkənin siyasi mühitində Azərbaycan vətəndaşına artıq yer yoxdur.
   Çox pessimist fikirli olmaq istəməzdim.Amma ne yazıq ki, men ölkemdə nə azad demokratiya,nə də insan haqqlarına söykənən bir dövlət quruluşu görmədim.
Çox pafoslu yazmaq istəmirəm.Amma bilirəm ki siyasi mövqeyindən, bir-birinə şəxsi münasibətdən asılı olmayaraq ölkəni demokratik görmək istəyən bütün insanların fəaliyyəti əlaqələndirilməli və Azərbaycanın monarxiyaya sürüklənməsinin qarşısı alınmalıdır.
   Ən azından Xalq Cümhuriyyətinin hüquqi varisi olan bugünki Azərbaycan öz vətəndaşına sahib çıxmalı və özünün suverenliyi üçün demokratiyasını sovet ənənələrindən çıxıb yeni modern  bir sistemdə qurmalıdır!!!
Sen Bizimsən, Bizimsen Durduqca Bədəndə Can, Yaşa, Yaşa, Çox Yaşa, Ey Şanlı AZƏRBAYCAN! 

понедельник, 5 сентября 2011 г.

Bizim "azad"ölkədə insan haqqlarına daha bir zərbə!



Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insanhaqlarına və azad olmaq hüququa malikdir!
Demək belə insan haqları hava,od,su,torpaq  kimi gərəkli olduğu bir zamanda  bizim  klanların idarə etdiyi bir məmləkətdə bu haqqı çirkaba bulaşdırılması  metodu durmadan artır.
Beləki Naxçıvan xanlığında sadə bir vətəndaşın  İrana işləməkdə ittiham etməklə işgəncələrə məruz qoyublar.Nəticədə  Naxçıvanın qoçularının "qəhrəmanlığı"nəticəsində ölüb.Bu isə onu göstərir ki, Naxçıvanda  insan haqqlarına  təzyiqləri artıq kluminasiya nöqtəsinə çatıb.
Maraqlısı  burasındadır ki,bu fakt  beynəlxalq aləmdə Azərbaycanda işgəncələrin ən iyrənc formalarının olmasını bir daha təsdiqlədi.Görəsən bizim bu klanlar bu dərəcədə millətini sevmez oldular?Qara qızıldan gələn gəlirlər  gözləri kor etməklə ölkeni  getdikcə dipsiz bir  bataqlığa aparırlar.
Revolition lazım.Amma  klassik formada yox.Düşünülmüş və beynlərə xərçəng kimi yerimək lazım!
Çox yazmaq olar.Lakin düşünürem ki,menden evvel de bu barede çox giqantlar öz sözlərini deyibler.!Hareket zamanı gencler!İnsan haqqları namine!İşgəncələrə son qoyaraq,azad vəyəndaş olmaq namine!Bunun üçün isə maariflənmək lazım!

пятница, 12 августа 2011 г.

Yaşasın azad gənclərimiz və gəncliyimiz!!!




2009 ildən BMT-nin qərarı ilə 12 avqust  Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu günün məqsədlərindən biri dünya gənclərinin qlobal ictimaiyyətin inkişafında göstərdikləri səylərinin dünya səviyyəsində tanınmasıdır.

Lakin Azərbaycanda gənclərin əksəriyyəti öz imkanlarının reallaşdırılması üçün şəraitin olmamasından şikayətlənir. Belə ki, onlar işsizdir və keyfiyyətli təhsil almaq imkanlarından  məhrumdur.
    Müstəqil gənclər təşkilatlarının nümayəndələri, müxalifət partiyalarının fəalları bu qənaətdədir ki, BMT-nin təsis etdiyi Beynəlxalq Gənclər Günü Azərbaycanda hiss olunmur. 
   Gənclərimizə və gəncliyimizə sahib çıxmaq isə deyesen tətəlsmirik.Bu mafioz ,karrupsion dövlətin gəncləri əksəriyyəti isə sonu bilinmiyən uçuruma doğru gedir.Bu uçurumdan  çıxmaq istəyən  azad , sağlam  düşüncəli,fikirini  qorxmadan deməyi bacaran gənclərə qarşı "cəllad"mexanizmini hər il yeni üsullarla tətbiq etməkdən əl çəkmək istəmir.Öz şəxsi mənafeyi naminə gənclərin səsini boğan bu hökumətə qarşı vuruşan gənclərimizə eşq olsun.
Yaşasın azad gənclərimiz və gəncliyimiz!!!



понедельник, 8 августа 2011 г.

Əxlaq nə ilə ölçülür?

 
Görkəmli filosof  Nitsşenin belə bir aforizmi var:Əxlaq yanlız zəif və yaramaz insanlara lazımdır.Çox xoşuma gelir bu aforizmdən.
   Bizim  bedbext cemiyyətdə əxlaq deyəndə yalnız  qadınların abırlı geyinməsinə nə bilim pis yola düşməyən,siqaret çəkməyən,içməyən qısası özünü tərbiyəli aparan insan  davranışı nəzərdə tutulur.
Mənə görə əxlaq bununla ölçülmür.Mənə görə tərbiyəsiz adam da əxlaqlı ola bilər.Əxlaqsızlıq o zaman baş verir ki,ölkəndə rüşvət alına,fikirivi azad demeye imkan verməyələr,səni cinayət məcəlləsinin  bütün maddələri ilə gülməli ittihamlarla şərləyərək həbs edələr.
  Cəmiyyətimizin əxlaqında rüşvətdən başqa yaltaqlıq, satqınlıq,riyakarlıq və s kimi mənfiliklər var.Bu isə əxlaqsızlığın kluminasiya  nöqtəsidir.
Bilmirəm bəlkə arzum çin olacaq nə vaxtsa  ölkemiz bu əxlaqsızlıqdan xilas olacaq.Amma göresen nə vaxt?

среда, 3 августа 2011 г.

Yaşamaq yoxsa sürünmək?


Deyirəm ki bu istilərdə insanların üzlərinə baxanda lap ürəyim kövrəlir.Metro qızı olaraq( her gün metro ilə işə gəldiyimizə və işdən evə getdiyimizə görə) metro ilə işə gəlirdim.Qenşerimdə oturan bir kişi köyneyinin altından ürəyini eli ilə elə  tutmuşdu.Onun yanında oturan cavan bir qız isə sanki ağlamaq istəyirdi.Hər ikisinə baxdım.Yanımda oturan qız isə əlindəki telefonuna baxıb elə hey gülürdü.Qeribədir görəsən  insanların xoş həyat tərzi keçirməsi üçün nə çatışmır?
Maddiyyat,mənəvi rahatlıq,yoxsa heyatın nəbzini tutub yaşamağa davam edəcək ümid və inam?
[Image]Mən sadəcə çətinlik çəkirəm bu suallardan  hansının doğru cavab olduğunu göstərməyi.Amma her halda insanlar yaşayır  və ölür.Yaşadığı həyatının nə qədər mənalı  və ya mənasız yaşadığının fərqinə varmadan.
Amma istəyirəm ki bizim məmləkətin insanları yaşasınlar  doğru düzgün və sürünməsinlər.

İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və  ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və  əzablar içində ölür. (J.Labrüer).
Mən isə bu məmləkətin insanlarının   isə sadəcə əzablar içində ölməməsini sadəcə arzu edirəm.