Görkəmli filosof Nitsşenin belə bir aforizmi var:Əxlaq yanlız zəif və yaramaz insanlara lazımdır.Çox xoşuma gelir bu aforizmdən.
Bizim bedbext cemiyyətdə əxlaq deyəndə yalnız qadınların abırlı geyinməsinə nə bilim pis yola düşməyən,siqaret çəkməyən,içməyən qısası özünü tərbiyəli aparan insan davranışı nəzərdə tutulur.
Mənə görə əxlaq bununla ölçülmür.Mənə görə tərbiyəsiz adam da əxlaqlı ola bilər.Əxlaqsızlıq o zaman baş verir ki,ölkəndə rüşvət alına,fikirivi azad demeye imkan verməyələr,səni cinayət məcəlləsinin bütün maddələri ilə gülməli ittihamlarla şərləyərək həbs edələr.
Cəmiyyətimizin əxlaqında rüşvətdən başqa yaltaqlıq, satqınlıq,riyakarlıq və s kimi mənfiliklər var.Bu isə əxlaqsızlığın kluminasiya nöqtəsidir.
Bilmirəm bəlkə arzum çin olacaq nə vaxtsa ölkemiz bu əxlaqsızlıqdan xilas olacaq.Amma göresen nə vaxt?
Комментариев нет:
Отправить комментарий