Çoxdandır bloquma cızma-qara yazmırdım.
Lakin bizim bu “gen cəmiyyətimiz”də baş verən son dəhşətli olay yenidən bloquma yazı yazmağa vadar elədi.
Demək belə çox qısa yazacam.
Noyabrın 19-da daha bir sui-qəsd baş verdi. Publisist yazar Rafiq Tağı bıçaqlandı .Noyabrın 23-də qəfl vəziyyəti pisləşdi və rəhmətə getdi.
Amma bu azmış kimi hamının yaxşı tanıdığı sosial şəbəkədə R.Tağının cənazəsi nece deyerler yerden götürlməmiş islamçılarla atesistlər arasında qızğın mübahisə getdi.
Bir şeyi anlaya bilmirəm niye soyuq başla fikirləşmirsiz?Axı publisist yazara sui-qəsd olub,o artıq yoxdur onu öldürüblər!
Daha çox bu işin arxasında kimlərin dayandığını araşdırmaq əvəzinə boş -boş polimika açırlar
Ən acınacaqlısı odur ki, yazarın ölümündə hakimiyyət məsuliyyət daşıyır.
Rəsmilər isə elə bil qış yuxusundadır.Axı ölkə əldən gedir!!!
Yazıq Rafiq Tağı bu millətin nümayəndələrini düşündürməyə vadar edən məqalələr yazırdı,tənqid edirdi amma təhqir yox!Bu kişi nə düşünürdü elə onun da yazırdı.Hakimiyyət isə buna xüsusi qısqanclıqla yanaşırdı.Sonda nə oldu?Hakimiyyət öz ucuz arzusuna çatdı!Həbsxanadan qəbr evinə yol saldı özü də təmtəraqla yox saymazcasına!Zorla!Göresen ne olacaq bu ölkenin axırı?neçə sui-qəsdlərin,neçə ziyalının diri iken ölüme mehkum ediləcəyini ,neçə jurnalistin həbsini görəcik???
Günahı başqa dövlətdə yox başqa şəxslərdə yox günahı özümüzdə axtaraq!Hakimiyyətin səriştəsiz idarəçiliyində axtaraq!!!
Sonda bu cızma-qara yazımı Cabir Novruzun şerindən olan bir parça ilə bitirirəm.
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda!
Комментариев нет:
Отправить комментарий