пятница, 12 августа 2011 г.

Yaşasın azad gənclərimiz və gəncliyimiz!!!




2009 ildən BMT-nin qərarı ilə 12 avqust  Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu günün məqsədlərindən biri dünya gənclərinin qlobal ictimaiyyətin inkişafında göstərdikləri səylərinin dünya səviyyəsində tanınmasıdır.

Lakin Azərbaycanda gənclərin əksəriyyəti öz imkanlarının reallaşdırılması üçün şəraitin olmamasından şikayətlənir. Belə ki, onlar işsizdir və keyfiyyətli təhsil almaq imkanlarından  məhrumdur.
    Müstəqil gənclər təşkilatlarının nümayəndələri, müxalifət partiyalarının fəalları bu qənaətdədir ki, BMT-nin təsis etdiyi Beynəlxalq Gənclər Günü Azərbaycanda hiss olunmur. 
   Gənclərimizə və gəncliyimizə sahib çıxmaq isə deyesen tətəlsmirik.Bu mafioz ,karrupsion dövlətin gəncləri əksəriyyəti isə sonu bilinmiyən uçuruma doğru gedir.Bu uçurumdan  çıxmaq istəyən  azad , sağlam  düşüncəli,fikirini  qorxmadan deməyi bacaran gənclərə qarşı "cəllad"mexanizmini hər il yeni üsullarla tətbiq etməkdən əl çəkmək istəmir.Öz şəxsi mənafeyi naminə gənclərin səsini boğan bu hökumətə qarşı vuruşan gənclərimizə eşq olsun.
Yaşasın azad gənclərimiz və gəncliyimiz!!!



понедельник, 8 августа 2011 г.

Əxlaq nə ilə ölçülür?

 
Görkəmli filosof  Nitsşenin belə bir aforizmi var:Əxlaq yanlız zəif və yaramaz insanlara lazımdır.Çox xoşuma gelir bu aforizmdən.
   Bizim  bedbext cemiyyətdə əxlaq deyəndə yalnız  qadınların abırlı geyinməsinə nə bilim pis yola düşməyən,siqaret çəkməyən,içməyən qısası özünü tərbiyəli aparan insan  davranışı nəzərdə tutulur.
Mənə görə əxlaq bununla ölçülmür.Mənə görə tərbiyəsiz adam da əxlaqlı ola bilər.Əxlaqsızlıq o zaman baş verir ki,ölkəndə rüşvət alına,fikirivi azad demeye imkan verməyələr,səni cinayət məcəlləsinin  bütün maddələri ilə gülməli ittihamlarla şərləyərək həbs edələr.
  Cəmiyyətimizin əxlaqında rüşvətdən başqa yaltaqlıq, satqınlıq,riyakarlıq və s kimi mənfiliklər var.Bu isə əxlaqsızlığın kluminasiya  nöqtəsidir.
Bilmirəm bəlkə arzum çin olacaq nə vaxtsa  ölkemiz bu əxlaqsızlıqdan xilas olacaq.Amma göresen nə vaxt?

среда, 3 августа 2011 г.

Yaşamaq yoxsa sürünmək?


Deyirəm ki bu istilərdə insanların üzlərinə baxanda lap ürəyim kövrəlir.Metro qızı olaraq( her gün metro ilə işə gəldiyimizə və işdən evə getdiyimizə görə) metro ilə işə gəlirdim.Qenşerimdə oturan bir kişi köyneyinin altından ürəyini eli ilə elə  tutmuşdu.Onun yanında oturan cavan bir qız isə sanki ağlamaq istəyirdi.Hər ikisinə baxdım.Yanımda oturan qız isə əlindəki telefonuna baxıb elə hey gülürdü.Qeribədir görəsən  insanların xoş həyat tərzi keçirməsi üçün nə çatışmır?
Maddiyyat,mənəvi rahatlıq,yoxsa heyatın nəbzini tutub yaşamağa davam edəcək ümid və inam?
[Image]Mən sadəcə çətinlik çəkirəm bu suallardan  hansının doğru cavab olduğunu göstərməyi.Amma her halda insanlar yaşayır  və ölür.Yaşadığı həyatının nə qədər mənalı  və ya mənasız yaşadığının fərqinə varmadan.
Amma istəyirəm ki bizim məmləkətin insanları yaşasınlar  doğru düzgün və sürünməsinlər.

İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və  ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və  əzablar içində ölür. (J.Labrüer).
Mən isə bu məmləkətin insanlarının   isə sadəcə əzablar içində ölməməsini sadəcə arzu edirəm.

понедельник, 1 августа 2011 г.

Men de sizlərdənəm

Salam dostlar!Çoxdandır blog yaratmaq istəyirəm.Amma vaxtın mehdudiyyətliyindenmi,tenbəllikdənmi desək nədənsə gecikirdi.Sonda necə deyerler şeytanın qıçını qırıb axır ki yaratdım.Çalışcam öz bloqumda sizi düşündürəcək  yazılar yazım.Bilirəm ki hazırda  hakimiyyətin əlindan dad eləyən genclərimiz var.Bunu göstərmək üçün hər biri öz üslubuna uyğun göstərir.
 Çox sadə  pafoslu cümlələrlə yazmaq istəmirəm.Qısası  mən də sizinləyəm ,müstəqil ,demokratik dəyərləri üstün tutaraq,azad və ədalətli ölkədə yaşamq namine.